“Ay və Gün” jurnalının avqust sayı işıq üzü görüb.
Yeni sayda nələri oxuyacaqsız?
• Məşhur baş aşpaz Sevil Bağırova şəxsi həyatı, iş və yemək sirlərini bölüşdü. Aşpazdan əsl sac, ləvəngi, salat reseptləri. Onun reseptlərini kimlər öz adına çıxarır?
• Şou biznes əhlinin maraqlı görüntüləri, gizli xəbərləri, sevgili cütlüklər.
• Yeni mövsümdə izlənəcək seriallar. Kim harda çəkilir?
• Qadınlara: hamiləlikdən qorunma üsulu, yeni nəsil kontraseptivlər.
• Yaydan payıza keçid pəhrizləri: insanı 10 kq qədər arıqladan məşhur dietalar.
• Gözəllik məsləhətləri: üzdə qırmızı ləkə və damarlar, boyun dərisi qocalması, saçlar üçün maskalar,dabanları necə yeniləməli, artıq tüklərdən ucuz qurtulmağın yolları, Ərəbistandan möcüzəvi gözəllik, evdə üz üçün maskalar.
• Afrodiziak yağlar və erotik masajla kişini necə ram etməli? Bu ətirləri mütləq bilməlisiz.
• Keltlərdən qalma pul talismanı- Öz əlinlə düzəltməlisən.
• Mətbəxiniz kasıblıq gətirir, yoxsa bolluq? Yaxşı enerjili mətbəx qurmağın sirləri.
• İki sevən ürəyi birləşdirən xüsusi magik ritual.
• Ən kinli, intiqam alan qisasçı bürc kimdir?
• Evi ətirli buxurlarla təmizləyib, yolları açmağın üsulları. Qeyri adi yollar və uğur gətirən əşyalar
• Ərinin qardaşı tərəfindən sevilən gəlinin real hekayəsi.
• Lenorman kartları ilə falabaxmanın mistikası. İmperatorların ölümünü görmüş görücünün həyatı və maraqlı kart üsulu.