Müğənniyə səhnədə sürpriz (Fotolar)

Müğənniyə səhnədə sürpriz  (Fotolar)
2308 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən müğənni Samira Allahverdiyevanın ad günü olub.

Axşam.az-ın müxbirilə söhbətində sənətçi bildirib ki, doğum gününü təmtəraqlı keçirmək istəməyib.

Dostları və sevənlərindən saysız təbriklər alan Samira təəssüratlarını bizimlə bölüşüb:

“İlk təbriki gəlinimizdən aldım. Daha sonra sevənlərim, sənətçi dostlarım təbrik etdi. Səhər saatlarında müğənni Elnarə zəng etdi. Ailəlikcə telefonun başına yığışıb, mənə mahnı oxudular. Bundan gözəl təbrik ola bilməzdi. Həyat yoldaşım isə xoş sözləri ilə məni heyran etdi. Bu, mənim üçün ən böyük hədiyyə idi”.

Qeyd edək ki, sənətçi ad gününü də iş başında keçirib. Samira səhnədə çıxış edərkən yaxın rəfiqəsi ona sürpriz edərək üstü şamlarla bəzədilmiş tort hədiyyə edib.

Foto: Rəşad ABBASOV