Uşağının əsl atası kimdir? - fotolar

Uşağının əsl atası kimdir? - fotolar
5018 dəfə oxunub
  • A-
  • A
  • A+

Təxminən 2 ay əvvəl ana olan model Kayli Cennerin ötən həftə qızının üzünü göstərməsi söz-söhbətlərə səbəb olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, fotonu görənlər uşağın reper Travis Skotdan deyil, Kaylinin keçmiş sevgilisi Tygadan olduğunu qeyd ediblər.

Bunu görən Tyga sosial mediada açıqlama verib. O, Cennerin uşağına heç bir aiddiyatı olmadığını bildirib.

Lakin cütlüyə yaxın mənbə reperin uşaqla bağlı DNT analizi etdirmək istədiyini bildirib. Bildirilir ki, Tyga da Kaylinin qızının ondan olmasına şühbələnir.

Qeyd edək ki, Cennerlə Tyga ötən ilin aprelində ayrılıb. 

Xatırladaq ki, Kaylinin Stormi adlı qızının 25 yaşlı sevgilisi, reper Travis Scottdan olduğu vurğulanır. Model hamiləliyinin 9 ayını gizli saxlayıb. Hətta sevgililərin bu müddətdə ayrı yaşadığı söylənilir.