"O görüntülərdəki mən deyiləm" - Elnur

"O görüntülərdəki mən deyiləm" - Elnur
11293 dəfə oxunub
  • A-
  • A
  • A+
Ölkəmizi “Eurovision” yarışmasında iki dəfə təmsil edən Elnur Hüseynov “Nargis” jurnalına müsahibə verib.

Axşam.az həmin müsahibədən bəzi hissələri təqdim edir:

- Hazırki fəaliyyətiniz haqda nə deyə bilərsiz?

- Mənim üçün çətin bir dövrdür. Hətta deyərdim ki, nə baş verdiyini dərk etmək zamanıdır. Türk şou-biznesinə daxil olduğumda özümü, musiqimi göstərə biləcəyimi ümid edirdim, nəticədə mən məşhurluq əldə etdim, amma özümü deyil. Etiraf etməliyəm ki, beynəlxalq müsabiqələrdən tutmuş Türkiyədəki fəaliyyətimə qədər yalnız mənə verilən tapşırıqları yerinə yetirmişəm. İnternetdə yayımlanan bəzi videolarımın silinməyini çox istəyirəm. Ona görə yox ki, mən onlardan utanıram. Sadəcə, həmin görüntülərdəki mən deyiləm. Bundan sonra çalışacam ki, ancaq xoşuma gələn şeyləri edim. Məsələn, köhnə Azərbaycan və türk mahnılarını oxumağı planlaşdırıram. Hətta bunu bəzi insanlar sevməsə belə.

- Hazırda nə ilə məşğul olursunuz?

- İstanbulda itim, pişiyim və iquanamla yaşayıram. Yayı gözləyirəm ki, parka çıxıb oturacaqlarda əyləşəm.  Doğmalarıma, dostlarıma vaxt ayırmağa çalışıram. Bir sözlə, bütün insanların etdiklərini edirəm. Fərqimiz, təkcə onlarda iquananın olmamasıdır.

- Tez-tez yoxa çıxırsız. İnsanlar da düşünür ki, özünüz öz istedadınızı məhv edirsiniz. Həmin vaxtlarda nə iş görürsünüz?

- Xüsusi heç nə. Mənzilimdə özüm üçün oxuyuram, divanda uzanıb cizgi filmləri izləyirəm. Etiraf dim ki, təkcə musiqi ilə yaşamıram. Təbiəti çox sevirəm. Bəzən ümumiyyətlə heç nə ilə məşğul olmaq istəmirəm. Niyə təəccüblənirsiniz? Mən də hamı kimi adi insanam..."

- "Həyatımda insanlardan daha çox heyvan var". Bu, sizin sözlərinizdir. İnsanlarda sizi xəyal qırıqlığına uğradan nədir?

- Uşaqlıqdan həyatım elə gətirib ki, heyvanlarla daha çox vaxt keçirmişəm. Hətta baytar olmaq istəmişəm. İki dəfə itin yarasını sarmışam. Onun baxışlarını görəndə ondan əvvəl özüm ölmək istəmişəm. sonra anladım ki, məndən baytaq çıxmaz. İnsanlardan incikliyim yoxdur. İstər Azərabaycanda, istərsə də, Türkiyədə çox yaxşı insanlarla qarşılaşmışa. Amma ən yaxın dostum bacımdır. Əvvəllər insanların bəzi xarakterini anlaya bilmirdim.
yoxdur. Sadəcə onlarda bəzi xarakterləri anlaya bilmirdim. Sonra öyrəşdim. Amma yenə də onlarda hər şeyi bağışlayaraq, bircə yalan, paxıllıqdan başqa.



- Vətəniniz Azərbaycan üçün darıxmırsız?

- Mən əslində Aşqabadda anadan olmuşam. Uşaq ikən Bakıya köçmüşük. Hazırda da Türkiyədəyəm. Görün, neçə vətənim var?... Deyirlər, harada sənə yaxşıdırsa, ora da sənə vətən sayılır. Bu söz tam mənə görədir. Əlbəttə, Bakıdakı mənzilim, küçələr üçün çox darıxıram, amma burada da özüməməxsus otağım, dostlarım, əsas da heyvanlarım mənimlədir. Lazım olanda da, Bakıdakılarla telefon vasitəsilə əlaqə qururam.

- Özünü sevmək vacibdirmi?

- Bəli, vacibdir və lazımdır. Özünüzü olduğunuz kimi, mənfilərinizlə, sahib olduğunuz bədəninizlə sevin. Əsas məsələ isə odur ki, özünüzə və əməyinizə hörmət edin, onda digərləri tərəfindən də hörmət qazanmış olarsınız.

- Yaradıcı insanı xoşbəxtliyə gedən yol qədər başqa heç nə qidalandıra bilməz. Sizin üçün xoşbəxtlik nədir?

"Xoşbəxtlik anlayışı hər kəsdə müxtəlif cür qəbul edilir. Mən özümü xüsusi dinə aid etmirəm. Ancaq inam olmadan yaşamaq mümkün deyil. Xoşbəxt olmaq üçün “Quran”ı oxumaq şərt deyil. Müqəddəs kitab səni yalnız istiqamətləndirə bilər. Mənim anlamımda xoşbəxtlik başqalarına yaxşılıq etmək deməkdir. Yadımdadır, uşaq ikən qanadı yaralı bir quşa kömək elədim. Sonra o uçanda mən sevincimdən ağladım".