Əməkdar artist Almaz Ələsgərli dekabrın 31-də Almaniyanın Köln şəhərində keçiriləcək bayram konsertində iştirak edəcək.
Axşam.az-ın müxbirilə söhbətində müğənni bildirib ki, daha sonra böyük qızı Mədinənin təhsil aldığı İsveçə yollanacaq:
“Yeni ilin ilk günlərini övladlarımla birgə keçirəcəyəm. Balaca qızım Əminə də bizim yanımıza gələcək. Hamımız bir yerə yığışıb, gözəl günlər keçirəcəyik”.
A.Ələsgərli övladları üçün darıxdığını bildirib:
“Qızlarıma ən böyük hədiyyə analarının yanlarında olmasıdır. Bakıdan gedəndə onlara öz mətbəximizə aid çoxlu şirniyyat və yeməklər aparacağam. Mənim xörəklərim üçün darıxıblar”.