“GQ” jurnalı 2013-cü ilin ən dəbli məşhur kişilərinin adlarını açıqlayıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, illik reytinq siyahısını tərtib edən dərgi Castin Timberleyki birinciliyə layiq görüb.
O, “ilin ən dəbli kişisi” seçilib. Bundan əlavə, siyahıda Devid Bekhem, Castin Teru, şahzadə Uilyam, Kanye Uest və digərləri yer alıb. Castin Timberleykin ilk sırada qərarlaşması bir çoxlarını olduqca təəccübləndirib.