Bəstəkar İlham Əliyevə ad günü münasibəti ilə mahnı həsr edib
Ölkə
10:48 / 26.12.13
2744dəfə oxunub
A-
A
A+
Bəstəkar Sevinc Tofiqqızı ölkə başçısı İlham Əliyevin doğum günü münasibəti ilə ona “İlhamlı Azərbaycanım”adlı kompozisiya həsr edib.
Bu barədə bəstəkar Axşam.az saytına açıqlama verib:
“Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirəm. O, Azərbaycan üçün böyük işlər görüb. Mənim də ürəyimdən keçdi ki, prezidentimizə doğum günü hədiyyəsi olaraq bir kompozisiya bəstələyim”.
Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti ilə “Gözlərə nur verən mələk” kompozisiyasını bəstələmişdi.