Azərbaycanda konsert verməyə hazırlaşan Türkiyənin cazibədar müğənnisi Pətək Dinçöz sevgilisi Abdullah Taşkınla alış-veriş edərkən görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, idmandan qayıtdıqlarını deyən ifaçı Yeni ili səhnədə qarşılayacağını vurğulayıb. Sevgilisinin həmin gecə yanında olmayacağını qeyd edən Pətək Bakıya tək gələcək. “İdmanda tək buraxmır, amma Yeni ili mənsiz qarşılayacaq” deyərək zarafat edən cazibədar müğənni şəkilləri ilə maraq doğurub.
Xatırladaq ki, ifaçı dekabrın 31-də Qəbələdə “Qafqaz Sport Hotel”də konsert verəcək. Sənətçinin konsertinə biletlərin qiyməti 300, 400 və 500 manatdır.