Türkiyəli müğənni Sibel Can avtomobil sürməyi sevsə də, qaydalara riayət etmir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi sükan arxasında telefonla danışarkən görüntülənib.
İfaçı paparatsilərin hədəfinə düşdüyünü hiss etsə də, buna əhəmiyyət verməyib.
Qeyd edək ki, bir müddət əvvəl Sibel Can təhlükəsizlik kəmərini taxmadığı üçün tənqid olunmuşdu.