“Banu” rəqs məktəbini açan rəqqasə Fatimə Fataliyeva tələbələri ilə birlikdə efirə çıxıb.Axşam.az xəbər verir ki, gənclər ANS telekanalında yayımlanan “Günəbaxan” verilişində bacarıqlarını nümayiş etdiriblər.
Fatimə ilk olaraq xüsusi hazırladığı “Sən güləndə” rəqsini tələbələri ilə birgə oynayıb. Daha sonra onlar Hind rəqsi ifa ediblər.
Çıxışlarını başa vurduqdan sonra Fatimə tələbələrindən razı qaldığını deyib:
“Çox şadam ki, artıq mən də müəllim, pedaqoq kimi sözümü deməyə başlamışam. Düşünürəm ki, tələbələrimlə birgə uğurlarımızın sayı çox olacaq. Çox istəyirəm ki, Azərbaycana istedadlı rəqqasələr yetişdirim. Bu istəyimə nail olacağıma da inanıram. Çünki bizim millətimiz çox istedadlıdır”.