47 yaşlı Şiffer bikinidə bədənini göstərdi - Fotolar

47 yaşlı Şiffer bikinidə bədənini göstərdi -  Fotolar
1015 dəfə oxunub
  • A-
  • A
  • A+

Klaudi Şifferin İtaliyada paparassilər tərəfindən çəkilən fotoları səs-küy yaradıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı model ideal bədən quruluşu ilə hər kəsi təəccübləndirib. İngilis mediasının yaydığı şəkillər sosial aləmdə müzakirə obyektinə çevrilib. Hər kəs onun 25 yaşlı qızlardan da gözəl və gənc olduğunu yazıb.

1990-cı illərin məşhur siması bu dəfə çimərlik geyimində şəkil yayımlayıb və bədənini nümayiş etdirib. Üç uşaq anası olan Şifferin formada qalma sirri ilə bağlı ona yüzlərlə suallar ünvanlanıb.

Klaudi 16 ildir ki, iki qızının və oğlunun atası, rejissor Mettyu Vonla ailəlidir. Model karyerasına 17 yaşında başlayıb.