Adriana Lima Nyu-York küçələrində paparassilərin fotokamerasına tuş gəlib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Lima 15 ildir siması olduğu kosmetika brendinin çəkilişi üçün obyektiv qarşısına keçib.
Model bej rəngli ayaqqabı, kofta və plaş geyinib. İngilis mediası Limanın 2003-cü ildə ilk dəfə brend üçün çəkdirdiyi fotoları indiki ilə qarşılaşdırıblar. Onlar Adriananın heç dəyişmədiyini vurğulayıblar.