Bu gün "Qızqaçırtma 3" filminin təqdimatı keçirilib.
Axşam.az xəbər verir ki, ekran işində baş rolları aktyorlar Fərda Xudaverdiyev, İlkin Misgərov, Nicat Rəhimov, müğənnilər Sevil və Sevinc Səfərovalar oynayıb.
Filmin rejissoru Rüfət Şahbazov bildirib ki, çəkilişlər cənub bölgəsində gerçəkləşib. O, ekran işinin yüksək büdcə ilə çəkildiyini desə də, məbləği açıqlamayıb.
F.Xudaverdiyev isə filmin baxıldığı üçün davamının lentə alındığını qeyd edib.
Təqdimat mərasiminə çoxsaylı sənət nümayəndələri qatılıblar.