İlqar Mikayıloğlu ikinci dəfə evləndiyi xanımı ilə bir arada - fotolar

İlqar Mikayıloğlu ikinci dəfə evləndiyi xanımı ilə bir arada - fotolar
14504 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-in məşhur aparıcısı İlqar Mikayıloğlu ikinci evliliyi ilə bağlı mövqe.az-a müsahibə verib. 

Axşam.az müsahibədən bir hissəni təqdim edir:

- Evinizin yanması ilə bağlı xəbər yayılmışdı. Sonra həmin evin əslində sizə yox, Zülfiyyə xanıma məxsus olduğu bildirildi. İndi dəqiqləşdirək. Əslində kimin evi yanmışdı ?

( Zülfiyyə xanım söhbətə müdaxilə edir İkimizin də , gülürük – red) – Evdir də... Ev yanar da... Mən ümumiyyətlə özümlə bağlı istənilən xəbərin yayılmasının tərəfdarı deyiləm. Son 2 ildə o qədər xəbərlər yazılıb ki... Amma əksər mövzularda altda mənim fikrim yoxdu. Axı mənim şəxsi həyatımdan kimə nə? Necə istəyirəm elə yaşayıram. Mənim həyatımda elə özəl məqamlar var ki, mən onları gizli saxlayıram. Hətta bəzən deyirlər bütün günü ulduzlarladır İlqar, belə -elə... Amma Allaha and olsun onların heç birinin nömrəsini heç bilmirəm. Verlişə çağırırıq, gəlirlər, iştirak edirlər vəssalam. Canı sağ olsun prodüsserlərimin... Mənə müğənni obyekt kimi maraqlıdır. Mən onun həyatına girmirəm. Heç maraqlı da deyil. Onların işi- gücü, oxuduqları mahnı belə mənə maraqlı deyil. Azərbaycanda elə müğənnilər var ki, onların mənə sırf sənəti maraqlıdır, həyatı yox... Bəzən mahnıları olsa dərhal oturub qulaq asaram.

- Kimlərdir onlar ?

- Çoxşaxəlidir. Klassik Azərbaycan musiqisini dinləyirəm. Niyazi drijorluğu ilə hər hansı musiqini gözüyumlu dinləyib, Niyazını göz önümə gətirirəm. Muğama da qulaq asıram. Hətta Miri Yusifə də qulaq asıram.

- Yaxşı, belə bir sual verim, kimə heç qulaq asmazsınız ?

- Üzeyir Mehdizadəyə. Baxmayaraq ki, neçə dəfə qonağım olub. Üzünə də demişəm sən çox yaxşı insansan amma mən sənə qulaq asmıram, asmaram da...

- Müxtəlif müsahibləriniz olub. Ən çətin müsahibiniz kim olub ?

- Deməli, bir gün "Günəbaxan” a şikayətçi bir xanım gəlmişdi. Mən ona baş vermiş stiuasiyanı başa sala bilmirdim. Həmin qadının düşüncə tərzinin olmaması məni çətin bir vəziyyətə salmışdı. Sosial bir mövzu idi.

- Bir az da sizin heç sevmədiyiniz şəxsi həyatınız barədə danışaq. İkinci dəfə ailə həyatı quran İlqar Mikayıloğlu demək olarmı ki, artıq xoşbəxtdir ?

- Mən ümumiyyətlə xoşbəxt sözünü hansı mənada istifadə olunacağını başa düşmürəm. Hər hansı xırda elment insanı xoşbəxt edə bilər. Məsələn bacım oğlunun əsgərlikdən gəlməsi məni xoşbəxt etdi. Ləzzət etdi ki, o qulluq edib, gəldi. Hansısa işin uğurlu alınarsa bu da səni xoşbəxt edə bilər. Ailə həyatında insanın xoşbəxt olmasının da sadə bir formulu var ki, bəli sənin yanında sevdiyin, dəyər verdiyin bir şəxs var. Zülfiyyə yanımda olduğu üçün bu məni xoşbəxtliyə aparan bir yoldur. Biz ikimiz də hələ ki, o yolu gedirik...

-Zülfiyyə xanımla necə tanış oldunuz ?

-Hər ikimiz ANS-də işləyirdik. O zaman Zülfiyyə xanım da "Hökm” verlişini aparırdı. Gördüm, tanış olduq, danışdıq, bir birini lap yaxşı tanıdıqdan sonra evlənmək qərarı verdik.

-İstədiklərinizi deyə bilərsinizmi nəhayət ki, Zülfiyyə xanımda tapmısınız ?

-Mən Zülfiyyədə olanları qiymətləndirir və bilirəm ki,onu kitaba bənzəsək hələ çox hikmətləri var. Bu səbəbdən tapdığımı tapmışam. Tapmadıqlarımı tapacağam bu çox maraqlı olacaq. Zülfiyyədə mən bir dost tapmışam. Belə dost hər kəsə nəsib olmur.

-Sevgi İlqar Mikayıloğlu üçün nədir ?

-Sevgi elə bir hissdir ki, onu sözlə izhar eləmək əslinə qalsa mümkün deyil. 100 illərdir şairlər sevgini nəzmə çəkir amma hələdə heçnə deyə bilmir. Deməli sevgi sözlə izhar olunmur.

-İlqar Mikayıloğlu necə ata və necə həyat yoldaşıdır ? Özünüz özünüzə qiymət verəsi olsanız, necə dəyərləndirərsiniz bu cəhətlərinizi ?

-Sərt insanam. Bu cəhətdən kiməsə elə gələ bilər ki, mən uşaqlara pis münasibət bəsləyirəm. Amma bu suala bir neçə ildən sonra cavab vermək düz olar-uşaqlarım hərbi xidmət ali savad alandan və əli çörəyə çatandan sonra demək olar necə valideyinəm. İndi bizim məqsədimiz məhz budur.

- Birinci nikahdanda iki övladınız var. İndi onlar da sizinlə birgə qalır ?

- Yox.

- Çətin deyilmi övladlarınızdan ayrı qalmaq ?

- Bilirsinizmi mən tez-tez övladlarımı görürəm. Heç də çətinlik olmur. Hər şey qaydasındadır. Onlarla mütamadi danııb, görüşürük.