"Victoria Secret"in modeli koronavirusa yoluxdu

"Victoria Secret"in modeli koronavirusa yoluxdu
1279 dəfə oxunub
  • A-
  • A
  • A+

"Victoria's Secret"in modeli Aleksina Qrem koronavirus infeksiyasına yoluxub.

Axşam.az xəbər verir ki, model hazırda xəstəxanaya yerləşdirilib və nəzarətə alınıb. Bunla bağlı Aleksina sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

30 yaşlı Qrem evdə ağır vəziyyətdə olduğunu vurğulayıb:

"İlk gün ürəyim bulandı, qaşınmağa başladım. Daha sonra güclü titrəmə başladı. Halsızlaşdım, heç nə edə bilmədim. Ayağa durub, əlimi belə yumağa halım qalmadı. Nəfəs ala bilmirdim. Bir çox insan hələ də koronavirusun ciddi xəstəlik olduğunu dərk etmir. Hazırda həkim nəzarətindəyəm, indi yaxşıyam. Mənə balaca bacım qulluq edirdi. Onu da nəzarətə aldılar".