Məhkəmə model və anası haqda qərar verdi - 16 ay həbs, 10 milyon borc

Məhkəmə model və anası haqda qərar verdi -  16 ay həbs, 10 milyon borc
1139 dəfə oxunub
  • A-
  • A
  • A+

İsraildə uzun müddətdir vergi ödəmədiyi üçün məhkəməlik olan model Bar Refaellə bağlı hakim son qərarı verib.

Axşam.az xəbər verir ki, model 9 ay dövlət üçün çalışacaq. Anası Zipi isə 16 ay azadlıqdan məhrum edilib. Onlar birlikdə milyon dollar vergi borcu ilə yanaşı 1,5 milyon dollar pul cəzası da ödəyəcək.

Dünyanın ən məşhur modellərindən olan Refael və anası Zipi Tel-Əvivdə baş tutan məhkəməyə üzündə maska, yanında cangüdənlərlə gəlib. Onlar 10 milyon dollardan çox vergiyə borcları olduğunu qəbul ediblər.

Bir ara Bar aktyor sevgilisi Leonardo DiCaprio ilə birlikdə ABŞ-da yaşadığı üçün İsrailə vergi ödəməkdən azad edilməsini istəmişdi. Məhkəmə isə onun oturum vergisindən azad edilməsi tələbini rədd edib. O, daha sonra israilli milyarder Adi Ezraya ərə gedib.

Gəlir vergisi ilə əlaqədar yüksək məbləğlər xərclədiyi üçün bir çox endirimlərdən faydalanan, aldığı qonorarları gizli saxladığı üçün 35 yaşlı model və anası haqda uzun müddətdir araşdırma aparılırdı. İcazəsiz İsraildən çıxma qadağası alan Bar telekanallarda çalışmağa, qoanq olmağa davam edir.

Modellə bağlı məhkəməyə təqdime dilən ərizələr arasında Tel-Əvivdə yaşadığı evin kirayə haqqını ödəməməsi, işlətdiyi memara pul əvəzinə onu reklam etməsi, reklamını etdiyi bir şirkətdən pul qarşılığı avtomobil hədiyyə alması və bunları gizlətməsi də daxil olunub. Anası Zipinin isə aldığı əmlakları öz yox, başqalarının adına qeyd etməsi ortaya çıxıb.