Axşam.az türk mətbuatına istiandən xəbər verir ki, biznesmen Tülinin bir neçə dəfə onu döydüyünü deyib. Cütlük ayrılan zaman məhkəmə Pedroya uşaqlarını görməyə icazə versə də, Şahin övladlarını ona göstərmir.
İstanbul Ailə Məkəməsinə təqdim edilən iddanamədə ikili arasında daima mübahisə yaşandığı və Tülinin Pedronu döydüyü öz əksini tapıb. Model həyat yoldaşını evi tərk etdiyi halda uşaqlarını ona göstərməyəcəyi ilə təhdid edib.
Pedronun müraciətini dəyərləndirən məhkəmə Şahinə həyat yoldaşına bir daha şiddət göstərməməsi, yaşayış və iş yerinə yaxınlaşmaması haqqında qərar qəbul edib. Əgər Tülin bu qərara əməl etməsə, onu 10 gün müddətinə həbs gözləyir.
Model haqqında qəbul edilən qərara etiraz edərək şiddət görən tərəfin özü olduğunu bildirib. Lakin məhkəmə onun bu iddiasını rədd edib.