Dünyaca məşhur model İrina Şeyk Almaniyanın “Gala” dərgisinə müsahibə verib.
Axşam.az-ın məlumatına görə, şəxsi həyatından danışan model futbolçu sevgilisi Kristina Ronaldo ilə xoşbəxt olduğunu və başqa kişilərə baxmadığını bildirib:
“Niyə başqa kişilərə baxım ki? Ronaldonun gözəl bədəni var. Mənə lazım olan hər şey onda cəmlənib. Özünə diqqət edir, eyni zamanda çox alicənabdır. O, qapımı açır, paltomu geyinməyimə kömək edir, restoronda olanda stulu çəkir ki, rahat əyləşim. Düşünürəm ki, özünə çox qulluq edən Ronaldo həm də seksualnıdır. Onunla ailə qurmaq, ana olmaq istəyirəm. Arzulayıram ki, dəniz kənarında evimiz olsun, anamla, ailəmlə orada yaşayım”.