16 yaşlı qızın model yarışmasında birinci seçilməsi tənqid edildi

16 yaşlı qızın model yarışmasında birinci seçilməsi tənqid edildi
1211 dəfə oxunub
  • A-
  • A
  • A+
16 yaşlı Ceyda Toyranın "Miss & Mr Model Of Turkey 2020" gözəllik müsabiqəsində birinci yerin sahibi olması qalmaqala səbəb olub.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, "Miss Model" seçilən Ceydanın yaşı az olduğuna görə belə yarışmaya qatılması birmənalı qarşılanmayıb. Sosial media istifadəçiləri azyaşlı gözəli tənqid atəşinə tutub.

Yazılanlardan bezən Ceyda kanallardan birinə zəng edərək sosial mediada onu tənqid edənlərə ismarış göndərib. Toyran "Ünvanıma yazılan tənqidləri qəbul etmirəm. Hazırda işlərim yaxşı gedir. Haqqımda yanlış xəbərlər eşitsəm də bu mənim üçün heç bir problem yaratmır. Belə tənqidlərə öyrəşməmişəm, amma deyəsən, zamanla öyrəşəcəm” sözlərini bildirib.

Qeyd edək ki, ötən həftə 15 yaşlı Melisa Irmakın da “Best Model” yarışmasına qatılması və birinci yeri qazanması tənqid atəşinə tutulmuşdu.