"Yeni sədalar"da bu gün baş verənlər - fotolar

"Yeni sədalar"da bu gün baş verənlər - fotolar
1646 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcılığını Kamran Quliyevin etdiyi "Yeni sədalar" verilişinin bugünkü buraxılışında əməkdar artistlər Zaur Əmiraslanov və Səlim Abbasov qonaq olub.

Axşam.az-ın məlumatına görə, ifaçılar klassik mahnılardan bəhs edərək, onun müğənnilərin yaradıcılığındakı rolundan danışıblar.

Skripkaçı Səlim klassik bəstənin sənətçinin yaradıcılığında ikinci dərəcəli rol oynadığını bildirib:

"Səhnəyə yeni addım atan bir ifaçı üçün bəstəkar mahnıları önəmlidir. Yeni, özünəməxsus bir bəstə ilə çıxmaq, səsini tanıtmaq lazımdır. Özünü isbatladıqdan sonra klassik bəstələrə müraciət olunmalıdır. Mənim də repertuarımda bu cür mahnılar yer alıb".

Zaur Əmiraslanov isə sənətində daha çox bu tip mahnılara yer verir:

"Repertuarımda klassiklərin mahnıları daha çoxdur. Belə musiqilərə tez-tez müraciət edirəm, çünki çox sevirəm".

Verilişdə tamaşaçılar dicey Proqresin (Orxan) maraqlı mahnılarını da dinləyib.

Qeyd edək ki, verilişi həftənin çərşənbə axşamı saat 13:45-də və cümə axşamı saat 15:15-də “İctimai” telekanalda canlı olaraq izləyə bilərsiniz.