Fələstinli sevgilisi azərbaycanlı modeli döyüb - Fotolar

Fələstinli sevgilisi azərbaycanlı modeli döyüb -  Fotolar
1969 dəfə oxunub
  • A-
  • A
  • A+

İstanbulda azərbaycanlı modeli fələstinli sevgilisi döyüb.

Axşam.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, V.N. adlı modeli qucağında uşaqla sevgilisi döyərək, burnunu qırıb, bədəninə xəsarət yetirib.

33 yaşındakı qız təhsilini tamamlamaq üçün uzun müddətdir İstanbulda yaşayır. Bu ərəfədə o, 41 yaşlı fələstinli iş adamı Məhəmməd K. ilə tanış olub. Model özünü subay kimi təqdim edən şəxslə sevgili olub. Hamilə qalan qız bunu sevgilisinə söyləyib. Həmin an isə Məhəmməd Dubayda ailəli və 4 övladının olduğunu açıqlayıb. 

Münasibətlərinə son qoymaq istəyən modelə sevgilisi fiziki təzyik göstərməyə başlayıb. O, qızı və uşağını öldürməklə hədələyib.

Qızın hamiləliyini pozmasını istəyən iş adamı onu dayanmadan döyməyə başlayıb. Məhəmməd "Səni Azərbaycanda biabır edəcəm, uşağı əlindən alıb suriyalılara verəcəm" deyərək, modeli hədələyib.

V.N. bu şiddətə baxmayaraq uşağını dünyaya gətirib. Bir müddət qadını tək qoyan Məhəmməd yenidən ona yaxınlaşmağa başlayıb. Bu dəfə də qadını sevgilisi uşaq qucağında döyməyə başlayıb. Həmin görüntülər isə evdə kameraya düşüb.

Döyülərək tanınmaz hala düşən qadın üz-gözü qan içində polisə zəng edib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.