Dünya şöhrətli model Adriana Lima martın 31-də Türkiyəyə gedəcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz məşhur brendlərdən birinin siması olacaq.
Bir il boyunca markanı reklam edəcək Adriana Türkiyədə 3 gün qalacaq və çəkilişlərini başa vurub, aprelin 4-də ölkəni tərk edəcək.
Xatırladaq ki, firmanın daha öncəki reklam siması Badə İşçil olub. 250 min dollara şirkətlə müqavilə imzalayan İşçilin ayaqları da firma tərəfindən 1 milyon dollara sığortalanmışdı.