Məlahət Abbasovanın Türkiyədə məşhur qızı - fotolar
Media
10:31 / 26.03.14
4372dəfə oxunub
A-
A
A+
Türkiyədə yaşayıb fəaliyyət göstərən aktrisa Məlahət Abbasovanın qızı Sudə məşhurluqda anasını keçib.
Axşam.az anspress-ə istinadən xəbər verir ki, balaca Sudə artıq bir neçə serialda çəkilib. Hazırda Türkiyənin ATV kanalında yayımlanan "Huzur sokağı" serialında rol alan 8 yaşlı qızcığaz "Babam için", "Kız annesi", "İslam bülbülleri", "Ak kırlangıç" serialında baş rolllarda çəkilib.
Xatırladaq ki, Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub və İstanbulda yaşayır. Onun Uğur və Sudə adında iki övladı var. Aktrisa İstanbul Bələdiyyəsi Şəhər Teatrında rejissor işləyir.