“Möhtəşəm yüz il”in aktyorlarını belə görməmisiniz – fotolar

“Möhtəşəm yüz il”in aktyorlarını belə görməmisiniz – fotolar
3313 dəfə oxunub
  • A-
  • A
  • A+

“Möhtəşəm yüz il” serialında müxtəlif obrazları canlandıran 9 kişi aktyor “GQ” jurnalı üçün kamera qarşısına keçib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  aktyorlar dərginin aprel ayında çıxacaq növbəti sayını bəzəyəcəklər.

Fotoqraf Tamer Yılmazın çəkdiyi şəkillərlə bərabər aktyorların verdiyi fərqlı şərhlər də maraq doğurub.

Halit Ergenç:

“Uzun və çətin bir iş idi. Amma çox şey öyrəndik. Bitəcəyini düşünmürəm, çünki o ab-havaya qapılsam, özümü məktəbi qutaran uşaqlar kimi hiss edəcəyəm. Son bölümlərdə daha aktiv olmalıyıq. Marafonun sonuncu mərhələsindəyik. Bu işdən üzüağ çıxmalıyıq”.

Ozan Güvən:

“Hisslər baxımından da olduqca ağır bir işdir. Canlandırdığımız xarakterin məsuliyyəti var. Əzbərlədiklərimizi az da olsa dəyişə bilmərik. Çünki tarixi mövzu olduğunu unutmamalıyıq”.

Səlim Bayraktar:

“Türkiyə xaricində də serial olduqca sevilir. Hətta deyərdim ki, ölkəmizi daha da tanıdıb, sevdirdi”.

Mehmet Günsür:

“Fərqli düşüncəli bir dövr. Bu günün insanları kimi sarayda yaşayanların fikrini anlamaq da digər tərəfdən də çox çətin işdir”.


Serkan Altunorak :

“Möhtəşəm yüz il” ömür boyu unuda bilməyəcəyim bir işdir. Bu ölkədə nəinki belə bir komanda ilə işləməmişdim, hətta heç görməmişdim də”.