Dünyaca məşhur model Heyli Bolduin yeni xəbərlə gündəmə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Heyli bir müddət əvvəl ailə həyatı qurduğu Castini qısqandığını etiraf edib.

"Nə olursa olsun, onu çox qısqanıram. Castin də bilir ki, mən onu qısqanıram. Fanatları çoxdur. Bəziləri Castinin evli olduğunun fərqinə varmır. Belə olan halda, həyat yoldaşımı necə qısqanmaya bilərəm"-deyə bildirib.

Qeyd edək ki, Castin və Heyli ötən il oktyabrda təşkil edilən dəb-dəbəli toy mərasimi ilə ailə həyatı qurub.

 



                 

Xəbər lenti