Bu qızlar "Miss Eurovision"un yarımfinalçıları oldu - fotolar

Bu qızlar "Miss Eurovision"un yarımfinalçıları oldu -  fotolar
8456 dəfə oxunub
  • A-
  • A
  • A+
“Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin yarımfinalına vəsiqə qazanan iştirakçıların adları açıqlanıb.

Axşam.az-ın  məlumatına görə, “High Life Fashion & Model Academy” və “Merac Production”nın təşkilatçılığı ilə keçirilən “Miss Eurovision” gözəllik müsabiqəsinin 1-ci turu başa çatıb. Münsiflər heyəti qismində  layihə rəhbəri, modelyer Mübariz Allahverdizadə, layihənin təşkilatçısı, Aqil Məmiyev, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Zamiq Hüseynov, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, model Oksana Rzayeva, yarışmanın keçən il Azərbaycan təmsilçisi model Anastasiya Bern, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı və model İlqar Əliyev çaxış edib. 

Qeyd edək ki, yarımfinal mərhələsinə 42 xanım iştirakçı vəsiqə qazanıb. Onların yalnız 22 nəfəri final mərhələsində iştirak etmə şansı qazanacaqlar. Sonda isə seçiləcək bir qalib gözəl avtomobil qazanmaqla yanaşı, ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək. Əlavə olaraq onu da bildirək ki, yarımfinal mərhələsinə 42 xanım iştirakçı vəsiqə qazansa da, onlardan 2 xanım iştirakı müsabiqədən uzaqlaşdırılıb. Səbəb isə hazırda onların başqa müsabiqədə iştirak etməsidir.

“Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin yarımfinalına vəsiqə qazanan iştirakçıların adları aşağıdakılardır: Günel Şirəliyeva,  Nigar Hüseyni, Sima Şərifəddinova, Emilya Sultan , Elmira Mirzoyeva, Fəridə Camaldinova, Adeliya Hacıyeva, Tahira Səmədova, Lalə Hüseynova, Nərmin Məmmədzadə, Arzum Nağızadə, Sevda Quliyeva, Ramina Abbasova, Sevda Quliyeva, Səmra Hüseynova, Pərvin Abıyeva, Sevinc Əliyeva, Sevinc Şirinova, Pərvanə Məhərrəmova, Turana Quliyeva, Firəngiz Əliyeva, Aynur Şeydayeva, Nuray Nuriyeva, Suzanna Əliyeva, Fidan Əfəndi, Mədinə Bağırova, Aida İsayeva, Kəmalə Abbasova, Marina Qoruşena, Sabina Şafiyeva, Zümrüd Məmmədova, Leyla Mahmudova, Vəfa Məmmədova, Zəhra Nəsirova, Səbinə Məlikova, Tatyana Kanalina, Səma Mehdi, Sara Zeynalova, İrlana Qasımova, Kamilla Sarkarova, Emilya Musayeva, Ülkər Əliyeva