Dünyaca məşhur müğənni Britni Spirs bu dəfə foto obyektivlərə çimərlik geyimində düşüb.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 32 yaşlı pop ulduzu sevgilisi David Lukado, oğulları Sin və Ceydenlə birgə Havay Adalarında tətil edərkən görüntülənib. Spirsin cəlbedici çəhrayı bikinisi də diqqətdən kənarda qalmayıb. Bir neçə ay öncə aldığı kilolarla maqazin gündəmini zəbt edən müğənni, çəkisini aldığı kimi də verə bilib.