Müğənni 1 yaşlı oğluna brilyant tac bağışlayıb

Müğənni 1 yaşlı oğluna brilyant tac bağışlayıb
7304 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam 1 yaşlı oğlu Emilə ad günündə dəyərli hədiyyə verib.

Axşam.az-ın məlumatına görə, sənətçi uzun müddətdir evində saxladığı brilyant qaşlı tacını ona bağışlayıb:

“Bu tac uzun illərdir məndədir. Emilin ad günündə qərara gəldim ki, ona bağışlayım. Mənim ən dəyərli varlığım övladımdır”.

Oğlunun təmtəraqlı ad günü mərasimindən danışan sənətçi tədbirdən sonra ailə üzvlərinin xəstələndiyini deyib:
"Hamımız - həyat yoldaşım, anam, oğlum qrip olmuşuq”.

Foto: Rəşad ABBASOV