“Yeni sədalar”ın bügünkü buraxılışı muğama həsr olunub - fotolar

“Yeni sədalar”ın bügünkü buraxılışı muğama həsr olunub -  fotolar
1251 dəfə oxunub
  • A-
  • A
  • A+

İTV-də yayımlanan “Yeni sədalar” verilişinin bugünkü buraxılışı muğam sənətinə həsr olunub.

Axşam.az-ın məlumatına görə, Kamran Quliyevin aparıcılıq etdiyi canlı yayımda muğamdan, onun düzgün ifa tərzindən bəhs edilib. Verilişin qonaqları ifaçılar Arzu Mələk və Məlahət Hüseynova olub. Onlar sevilən mahnılarını səsləndirib.

"Yeni sədalar"ın formatında isə dəyişiklik baş verib. Belə ki, tamaşaçılar bundan sonra “Eumba fiesta” qrupunun ifasında maraqlı mahnılar dinləyə biləcəklər. Qrupun tərkibində gitarada Məsud Allahverdiyev yer alıb.

Qeyd edək ki, veriliş hər həftənin çərşənbə axşamı saat 13:45, cümə axşamı isə 15:15-də İTV-də yayımlanır.