Suli: "Onu sevirəm, istəyirik uşağımız olsun"

Suli: "Onu sevirəm, istəyirik uşağımız olsun"
5435 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcü əsilli müğənni Sulinin Axşam.az saytına müsahibəsi

- Son bir ildə niyə gündəmdən uzaq qalmısınız?

- Mətbuatda görünməsəm də, sənətimlə bağlı bir çox işlər həyata keçirmişəm. Yayda İtaliyada böyük fotosessiya etdirdim. Şəkilləri məşhur fotoqraf  Bordo “Vogue” jurnalı üçün etmişdi. Bizdə isə bu fotoları bəyənmədilər, müzakirəyə qoydular. Hər bir ölkənin çəkilişə baxışı fərqlidir. Onlar çox makiyaj etməyi sevmirlər. Sadə və “avropasayağı” bir çəkiliş idi.

- Son vaxtlar yeni klipinizdəki fotolar gündəmə gəldi. Burada hamı sizin imicinizi müğənni Ledi Qaqaya bənzətdiyini dedi...

- “Çox” adlanan mahnının sözləri Azər Şirinə, musiqisi isə Givi Usenaşviliyə məxsusdur. Klipdə hamı mənim Ledi Qaqa stilində olduğumu zənn etdi. Əslində mən Kristina Aquleranın imicində idim. Qaqa imicini heç sevmirəm. Yeni layihələrimdə Asif Kərimi ilə işləyirik. Efirdə görünməsəm də, tənbəllik edib, evdə oturmuram. Yeniliklər etmişəm. Tunarla “Sarı gəlin” mahnısını oxuduq, yaxşı da qarşılandı. Bu klipin təqdimatından sonra daha bir mahnını ekranlaşdırmağa başlayacağıq. Həmin mahnıların da müəllifi Azər və Gividir. Üçüncü mahnı isə Asif Kərimovun özünə məxsus olacaq.  Eyni zamanda da yeni albom üzərində işləyirəm. Bu qədər iş arasında bütün günü ev işləri ilə də məşğulam. Oğlumu tərbiyə edirəm. Elə bu səbəbdən də efirlərə çıxmağa vaxtım qalmır. Köməkçi götürmək də istəmirəm. Çünki evdə yad bir insanın olmasını xoşlamıram. Oğlum keçid dövrünü yaşayır. Onu çox ciddi tərbiyə etməliyəm. Həm də özüm yemək bişirməyi, ev təmizləməyi sevirəm. Buna görə də köməkçinin olmasını istəmirəm".



- Sevgi həyatınızda vəziyyət necədir?

- Sizə bir etiraf edim: bir ara çox əziyyət çəkdim. Sevdiyim insan mənə zərbə vurdu. Onunla evlənəcəyimi düşündüyüm halda məni aldatdı... O hadisədən sonra dedim ki, bir də sevməyəcəm. Hətta bir ara psixoloqa da müraciət etdim. Amma indi həyatımda biri var. O, yaşca məndən böyükdür. Məni çox sevir . Mən də onu sevirəm. Hətta istəyirik ki, uşağımız olsun. Bu barədə çox danışmaqdan çəkinirəm, çünki qorxuram ki, gözə gələm. 

- Deyəsən, solo konsertə hazırlaşırsınız...

- Mart ayında gözəl bir konsert vermək istəyirəm. Amma bu, Heydər Əliyev adına Respublika Sarayında olmayacaq. Riyaziyyatı gözəl bilirəm. Böyük məkanda konsert gəlir gətirmir. Cibimə ziyan vurmaq istəmirəm. Konsertim dəniz kənarında, açıq havada olacaq. Bir onu deyə bilərəm ki, möhtəşəm şou göstərəcəyəm.
 
- Model fəaliyyətinizi davam etdirirsinizmi?

- Bir müddət modellik etməyə fasilə vermişdim. İndi yeni bir təklif almışam. Avtomobil şirkətlərindən birinin Azərbaycandakı siması seçilmişəm. Hazırda onun reklam çarxlarının  çəkilişlərində iştirak edirəm.

Fotoqraf: Bəhruz ƏLİZADƏ