“İnterview Germany” jurnalının aprel sayının yeni qəhrəmanı “Viktoriya Sekret”in məşhur modeli Adriana Lima olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, fotoqraf Robbi Fimanonun çəkdiyi şəkillər böyük maraq doğurub.
Çünki fotolar yalnız ağ-qara rəngin vəhdətindən yaradılıb. Məşhur dizaynerlərin geyimləri ilə kamera qarşısına keçən Lima qüsursuz bədən quruluşu ilə diqqət çəkib.