Beyons və ərinin Fransa səyahəti – fotolar

Beyons və ərinin Fransa səyahəti – fotolar
2384 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Beyons və həyat yoldaşı Cey-Zi Parisə gedib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünya turnesi çərçivəsində Fransaya qastrol səfərinə yollanan cütlük möhtəşəm konsert proqramı ilə çıxış edib.

32 yaşlı müğənni və repçi həyat yoldaşı “Luvr” muzeyinə və “Eyfel” qülləsinə də baş çəkib. Beyons orada çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. Eynəklə gözlərini gizlədən ifaçı qırmızı dodaq boyası ilə cazibədarlığını qorumağa çalışıb. O, şəhəri doyunca gəzərək Paris səyahətindən zövq alıb.