Dünyaca məşhur model Keyt Moss bir arıqlama mərkəzinin dəvəti ilə Bodruma gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, havanın günəşli olmasından istifadə edən model çimərlik libasını geyinərək hovuza girib. Uzun müddət günəş vannası qəbul edən Keyt paparatsilərin fotokameralarına tuş gəlib. Modelin dayanmadan telefonla danışması da diqqətdən qaçmayıb.
Qeyd edək ki, Keyt Mossla bərabər həmkarı Naomi Kempbel də Bodruma gəlib.