Müğənni Azəri Günel məşhur türkiyəli sənətçilərlə bir araya gəlib.
Axşam.az xəbər verir ki, ifaçı tanınmış müğənnilər Minə Koşan və Orxan Ölməzlə görüşüb. Uzun fasilədən sonra sənətində yeniliklər etməyə başlayan Günel bu yaxınlarda albomunun işıq üzü görəcəyini bildirib. İfaçı hətta albomda yer alan mahnılardan birinə klip də çəkdirib.