Əməkdar artist Elza Seyidcahan qeyri-adi ayaqqabı kolleksiyası yığır.
Bu haqda Axşam.az saytına açıqlama verən müğənni kolleksiyasında yüzlərcə fərqli stildə ayaqqabı olduğunu deyib. İfaçı onların əksəriyyətinin xaricdən göndərildiyini bildirib:
“Bu ayaqqabıların çoxunu Amerikada yaşayan bacım alıb. Hamısı dəyərlidir. Ən əsası isə mənim ayaqqabılarım qeyri-adi dizaynda olur. Elə bilirlər ki, çox narahatdır, ayaqları incidir. Əksinə adi ayaqqabılardan qat-qat rahatdır. Hətta Türkiyədəki konsertimə də bunları geyinmişdim”.