"Kurt Seyit və Şura" serialının tanınmış aktyorları Kıvanç Tatlıtuğ və Zeynəb Abdullah dünyanın ən böyük sərgisi MIPTV üçün Fransanın Kann şəhərinə gedib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, gecədə yüzdən çox ölkədən gələn televiziya nümayəndələri iştirak edib.
Mərasimdə ən böyük maraq serialın baş qəhrəmanları Kıvanç Tatlıtuğ ilə Zeynəb Abdullaha olub. Aktyorlarla birlikdə sərgiyə "Ay Yapım"ın sahibi Kerem Çatay, serialın ssenaristi Ece Yörenç və rejissor Hilal Saral da qatılıb. Kannda eyni zamanda "Kurt Seyit və Şura"nın qəhrəmanları üçün qonaqlıq təşkil olunub. Partidə Avropa, Rusiya ölkələrindən 700-dən çox qonaq iştirak edib.