Müğənni Yaşar Cəlilov Türkiyəyə gedib. Axşam.az-ın məlumatına görə, sənətçinin səfərinin məqsədi yeni mahnısının aranjiman işləri ilə bağlıdır. Bu barədə açıqlama verən Y.Cəlilov “Mahnının adı və müəllifləri hələ ki, sirr saxlayırıq. Bəstə yaxın vaxtlarda təqdim olunacaq, son tamamlanma işləri gedir” – deyə bildirib.
İfaçı yeni mahnısının 2014-cü ildə çıxacaq sayca üçüncü albomuna daxil edəcəyini deyib.