Kərim Fatimədən giley-güzar edib

Kərim Fatimədən giley-güzar edib
1447 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kərim Abbasov rəqqasə Fatimə Fətəliyevadan narazıçılıq edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə “Şou+” verilişinə açıqlamasında deyib:

“Bir dəfə ad günümə dəvət etdim, gəlmədi. Daha sonra klipimin təqdimatına çağırdım, yenə də gəlib çıxmadı. Mən incimədim. Fatimənin ad gününə getdim. Mənə ad günü olduğunu deməmişdi, klipini təqdim edəcəyini bildirmişdi".

Fatimə isə Kərimin sözlərinə belə cavab verib:

“Məni dəvət etməmişdi. Günah özümdədir. Ayıb olsun mənə. Kərim ad günümə gəldi, can yandırdı. Mənsə onun tədbirinə dəvətsiz gedə bilmədim”.

Foto: Rəşad ABBASOV