Balaca şahzadənin Yeni Zellandiya səfəri - fotolar
Dünya
13:22 / 09.04.14
2125dəfə oxunub
A-
A
A+
Britaniya kraliyyət ailəsinin Yeni Zellandiya səfəri davam edir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə Uilyam bu gün həyat yoldaşı Keyt Midlton və körpə oğlu Corcla birlikdə "Royal New Zealand Plunket Society" cəmiyyətinin gənc ailələrə və körpələrə tibbi dəstək məqsədilə təşkil etdiyi xeyriyyə tədbirində iştirak edib.
Hökümət evində keçirilən tədbirə on ailə qatılıb. Mərasimin ulduzu isə balaca Corc olub. Ətrafında baş verənləri maraqla izləyən körpə şahzadə özünü krallara layiq aparıb və tədbirin sonuna qədər sakitliyini pozmayıb.