Adnan Oktarın telekanalında azərbaycanlı qızlar -fotolar

Adnan Oktarın telekanalında azərbaycanlı qızlar -fotolar
4714 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda Harun Yəhya kimi tanınan türkiyəli tanınmış din alimi Adnan Oktar ölkəmizdə telekanal açır.

Axşam.az-ın azxeber.com-a istinadən məlumatına görə, telekanalı açan şəxslər Adnan Oktarın fikirlərini, əqidəsini bəyənənlər və sevənlərdir. Yeni telekanal Adnan Oktarın Türkiyədəki A9 telekanalının Azərbaycan versiyası olacaq. A9AZ adlı telekanalın artıq bütün texniki avadanlığı Bakıya gətirilib və hələlik test yayımları (http://a9az.tv/) aparılır. Telekanal yalnız internet üzərindən yayımlanacaq. Hazırda test yayımda olan A9AZ internet televiziyasında Turkiyədəki A9 kanalında olduğu kimi yalnız elmi-dini proqramlar yayımlanır. Artıq telekanal yayıma hazır vəziyyətdədir.

A9AZ internet telekanalında yayımlanacaq proqramlardan biri haqda maraqlı məlumat ortaya çıxıb. Məlumata görə, verilişlərdən birinin aparıcısı Aysel Canan Vəlizadə adlı xanım olacaq. Bu xanım həm də Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədridir. Artıq verilişin bir neçə buraxılışı çəkilib.

Qeyd edək ki, Azərbaycanda da Adnan Oktarın fikirlərini, əqidəsini bəyənən kifayət qədər insan var. Bunlardan çoxu qızlardır. Aysel Vəlizadənin fotolarını və ilk verilişindən görüntüləri təqdim edirik: