ATV telekanalının “Özünə bax” zövq müsabiqəsinin növbəti buraxılışında maraqlı anlar yaşanıb. Axşam.az-ın məlumatına görə, iştirakçıların əksəriyyəti münsiflərdən "yox" cavabı alıb. Bu dəfə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afaq İsmayılova, dəb üzrə məsləhətçi Elnarə Bəkirova əyləşib. Münsiflər iştirakçıların əksəriyyərinin geyimlərinin yaxşı olmadığını deyərək onlara məsləhətlər veriblər. Beş iştirakçıdan yalnız ikisinin geyim tərzi bəyənilib. Sevda və Abbas adlı gənclər, münsiflərdən “hə” cavabı alaraq, ikinci yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru Qəmər Abbasovadır. Müsabiqədə birinci yeri tutan xanıma brilliant tac, bəyə isə avtomobil hədiyyə olunacaq.
Foto: Rəşad ABBASOV