Elariz Akif İslamzadənin repertuarına müraciət edib
18:34 / 09.04.14
959dəfə oxunub
A-
A
A+
Müğənni Elariz Məmmədoğlu “Yeni sədalar” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi, xanəndə Akif İslamzadənin əfsanəvi “Qurban verərdim” mahnısını səsləndirdiyini deyib:
“Bu mahnını oxumağa hazırlaşanda Gülağa Məmmədov və Akif İslamzadənin səslərini dinlədim. Çalışdım ki, mənim ifam onların heç birinə bənzəməsin. Klassik mahnılara tez-tez müraciət etməliyik. O mahnıları yaşatmalıyıq. Amma sırf onlar kimi oxumaq düz deyil. Çalışıb özümüzəməxsus bir tərzdə etməliyik. Bəstəni oxumazdan əvvəl ispan musiqiləri dinlədim. Mahnı tanqo üslubunda olduğundan mən də bir az həmin tərzə üstünlük verdim”.
Canlı yayımda tamaşaçılar, “Eumba fiesta” qrupunun solistləri Elşən və Məsudun ifasında maraqlı mahnılar dinləmək imkanı da qazanıblar.
Qeyd edək ki, aparıcılığını Kamran Quliyevin etdiyi veriliş hər həftənin çərşənbə axşamı saat 13:45, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.