Tanınmış müğənni Mayli Sayrus “Elle” jurnalının yeni sayının siması olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, dərgiyə müsahibəsində pərəstişkarları ilə olan münasibətindən çox açıb:
“Çox qız və oğlanlar görmüşəm ki, mənə gey olduqlarını etiraf ediblər və mən onlara inandırmağa çalışmışam ki, bu, normaldır. Bu problem çox əhəmiyyətlidir, çünki indiki nəslin ayrılmaz hissəsidir. Əvvəl homoseksualizm qəbul edilmirdi və düşünürəm ki, vəziyyəti mən də müəyyən mənada dəyişə bilərəm.Ən böyük mübarizəni isə onlar özləri aparırlar. Mən konsertlərimdə də bununla bağlı əhəmiyyətli işlər görməyə və çağırışlar etməyə çalışıram”.