Məşhur aktrisa Cessika Alba “Elle China” jurnalı üçün kamera qarşısına keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, jurnalının növbəti sayının üz qabığını bəzəyib.
Aktrisa maraqlı obrazda görüntülənib: həcmli saçlar, qırmızı dodaq boyası və qətiyyətli baxışlar. 32 yaşlı ulduz son zamanlar daha çox xeyriyyəçilik tədbirləri ilə öndədir. Bundan əlavə, o, 2 qızının tərbiyyəsi ilə də məşğuldur.