Rəqqasə Oksana Rəsulovanın anası və atası ilə fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, sənətçinin şəxsi profilində paylaşdığı valideynləri ilə birlikdə olan uşaqlıq şəkilləri maraq doğurub.
Rəqqasə fotoların altından bunları əlavə edib:
“Gözəl valideynlərim... Allah bütün ana-atalara can sağlığı, uzun ömür versin. Atam Eyvaz və anam Rəhnumə həyatımda Allahımdan və Həzrəti Məhəmməddən sonra dəyər verdiyim insanlardır. Bəzilərinin nəzərinə çatdırmaq istəyirəm ki, adımın Oksana olmasına baxmayaraq mən təmiz azərbaycanlıyam, bütün nəslim kimi. Bir də açıqlayım ki, anam məşhur Ağabəyovlar nəslindəndir. Bilməyənlər bilsin və artıq-əskik danışmasınlar”.