Günay İbrahimlidən "Bəlalı" mahnı - fotosessiya

Günay İbrahimlidən "Bəlalı" mahnı - fotosessiya
2575 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli “Qala” qrupunun solisti Ceyhun Əliyevlə birlikdə oxuduğu duetini təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin söz və musiqisi Ceyhun Əliyevin özünə aiddir. Mahnı ilk dəfə 106.3 FM-də yayımlanan “Müleyli” şousunda səsləndirilib. Canlı efirə qonaq olan Günay və Ceyhun bəstənin necə ərsəyə gəldiyindən danışıb.

“Ceyhun ilk dəfə bəstəni təqdim edəndə onu çox bəyəndim. Dedim ki, bunu ya tək, ya da səninlə duet kimi oxuyaq. Ceyhunun səsi mənə yaxındır, onu duyuram. Buna görə də duet ortağı kimi ona üstünlük verdim. Bu mahnıya klip də çəkdirəcəyik” – deyə G.İbrahimli əlavə edib.

Foto: Rəşad ABBASOV