Devid Bekhem həyat yoldaşının rəqibi olacaq

Devid Bekhem  həyat yoldaşının rəqibi olacaq
1680 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur futbolçu Devid Bekhem bu dəfə çimərlik paltarları ilə gündəmə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bir zamanlar futbol meydançasında külək kimi əsən Devid Bekhem indi də  moda dünyasına atılır. Məşhur futbolçu çimərlik paltarı istehsal edən marka ilə əməkdaşlığa başlayıb və kişilər üçün xüsusi kolleksiya hazırlayıb. Kolleksiyanın reklam siması da Bekhem özü olacaq. Futbolçu bu məqsədlə kamera qarşısına keçib.

Deyəsən, Devid Bekhem həyat yoldaşı, "Spise girls" qrupunun keçmiş üzvü, hazırda moda aləmində məşhur markaya çevrilmiş Viktoriya Bekhemla rəqabətə girmək fikrindədi.