Roza: “Narkoman müğənnilərin adlarını açıqlasınlar”

Roza: “Narkoman müğənnilərin adlarını açıqlasınlar”
2875 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli son vaxtlar şou-biznesdə gündəmə gələn "narkoman sənətçilər" mövzusuna münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, ifaçı şou-biznes nümayəndələrinin narkotikadan istifadə etdiyini deyənlərə belə cavab verib:

“Çıxıb efirdə deyirlər ki, şou-biznes nümayəndələrinin 50-90 faizi narkotikadan istifadə edir. Yaxşı olardı ki, müvafiq orqanlar, belə danışanları çağırıb sorğu-suala çəksin. Qoy, narkoman müğənnilərin adlarını desinlər. Deməyənlərin də özlərini tutsunlar”.

Qeyd edək ki, bu günlərdə rejissor Kənan M.M və gitara ifaçısı Rəmiş şou-biznesdə bir çoxlarının narkotik maddə istifadəçisi olduğunu bildirmişdi.

Foto: Rəşad ABBASOV