Sevgilisindən ayrılan model intihar etdi

Sevgilisindən ayrılan model intihar etdi
2428 dəfə oxunub
  • A-
  • A
  • A+
29 yaşındakı braziliyalı model Cessika Egle dostunun evində ölü tapılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Egle sevgilisindən ayrıldığı üçün uzun müddətdir depressiyada imiş. Eşq acısını unuda bilməyən model özünü güllələyib.

Model bir gün dostunun yanında qalıb. Rəfiqəsi qəfildən silah səsi eşidib. O, otağa gedərkən qızın özünü vurduğunu görüb. Hadisə yerinə polislər və təcili yardım gəlib. Evdə kameralar olmadığı üçün polis gənc qızın cinayət qurbanı olduğunu və ya intihar etdiyini dəqiqləşdirməyə çalışır.