Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı Ceff Bezos kosmosa uçub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, uçuş Bezosun "Blue Origin" şirkətinə məxsus "New Shepard" adlı kosmik gəmi vasitəsilə reallaşıb.
Kosmik gəmidə Bezosla yanaşı onun qardaşı Mark Bezos, 18 yaşlı tələbə Oliver Demen və 82 yaşlı keçmiş pilot Uolli Fank olub.
Sərnişin kapsulu 100 km hündürlüyə çatıb. Avtomatik rejimdə həyata keçirilən uçuş missiyası ümumilikdə 10 dəqiqə 10 saniyə davam edib. Sərnişin kapsulu uğurlu enişi edib.